Noyabrın 19-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə üzrə “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Kitabxananın direktor müavini Ədibə İsmayılova, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Azərbaycan-İraq Mədəni Əlaqələri” İctimai Birliyinin sədri Tahirə Məmmədova, heykəltəraş Mustafa Taner və başqaları Nəsiminin zəngin yaradıcılığı haqqında danışıblar.
Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin şagirdləri Nəsiminin qəzəllərindən ibarət kompozisiya ilə çıxış ediblər.