Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda yerləşən “Oylat” mağarasının üç milyon ilə yaxın yaşı var. Burada ilin hər günü turistləri görmək mümkündür.
Ən maraqlısı isə odur ki, mağarada bütün fəsillərdə havanın temperaturu hər zaman 18 dərəcə olaraq qalır. Burada rütubət 90 faiz təşkil edir.
Uzunluğu 750, eni isə 95 metr olan mağaranın əvvəli ilə sonu arasındakı hündürlük fərqi təxminən 40 mərtəbəli binaya bərabərdir. Bu tarixi yerin ən vacib xüsusiyyətlərindən biri astma və bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin nəfəs almasında rahatlıq yaratmasıdır. Belə ki, adi şəraitdə bir neçə pilləkən çıxmaqda çətinlik çəkən şəxslər buradakı 500 pilləkəni rahatlıqla çıxa bilirlər.
Xüsusi rənglərlə işıqlandırılan mağara kino effektini xatırladır.
CAVİD