Milli musiqi mədəniyyətimizi daha geniş təbliğ etmək məqsədilə Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə noyabrın 30-da Oğuz şəhərində Milli musiqi alətləri ifaçılarının yaradıcılıq festivalı keçiriləcək.
Regional idarədən bildiriblər ki, festivalın keçirilməsində əsas məqsəd ifaçılıq sənətini inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaq, milli musiqi alətlərimizin qocaman ifaçılarının zəngin təcrübəsini təbliğ etmək və yaymaqdır.
Festivalda regional idarənin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının musiqi kollektivləri, ifaçılar iştirak edəcəklər.