Sabirabad rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və İncəsənət Universitetinin məzunu Hakim Quliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən sərgidə rəssamın portret, natürmort və mənzərə janrlarında 30-dək əsəri nümayiş olunub.
Regional idarənin rəisi Əhməd Ramazanov sabirabadlı rəssamın yaradıcılıq yoluna nəzər salıb, onun əsərlərini yüksək dəyərləndirdiyini vurğulayıb.
Sərgi iştirakçılarına rəssamın əsərlərinin fotosurətləri əks olunmuş bukletlər paylanıb.
Hakim Quliyev yaradıcılığına göstərilən diqqətə və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.