Dekabrın 5-də – böyük şair, dramaturq Hüseyn Cavidin (1882-1941) vəfatının ildönümündə Azərbaycan İstiqlal Muzeyində tədbir keçirilib.
Tədbirdə muzeyin şöbə müdiri Şərafət Məmmədova, ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə Sibirdən Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı yaradılmış komissiyanın nümayəndə heyətinin rəhbəri Həmid Cəfərov çıxış ediblər.
Həmid Cəfərov tədbirdə iştirak edən qonaqları bu mövzuda maraqlandıran sualları cavablandırıb.
Tədbirdə hərbçilər, filoloqlar, digər qonaqlar iştirak ediblər.