Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər Musiqi məktəbinin və Qobu qəsəbə Uşaq incəsənət məktəbinin kollektivləri Gürcüstanda səfərdə olublar.

Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər xalq mahnılar ilə yanaşı, dahi şairin qəzəlləri üstə muğam parçaları ifa ediblər.

Səfər çərçivəsində məktəb kollektivləri Tbilisidə keçirilən “Apollon-2019” beynəlxalq festivalına qatılaraq maraqlı konsert proqramı ilə çıxış ediblər.

***

Xırdalan şəhər Musiqi məktəbi kollektivinin daha bir səfəri İsmayıllı şəhərinə olub. Kollektiv F.Əzimov adına İncəsənət məktəbində konsert proqramı ilə çıxış edib.

Xırdalan məktəbinin direktoru İkram Manafov və İsmayıllı məktəbinin direktoru Bəhruz Həşimov çıxış edərək bu kimi tədbirlərin sıx münasibətlərin yaranmasında, şagirdlərin bədii-estetik zövqünün formalaşmasında, onların yaradıcılıq bacarıqlarının inkişafında əhəmiyyətli rolundan danışıblar.