Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi qədim monqol yazılı abidələrindən olan Çingiz xan daş kitabəsinin surətini Monqolustana hədiyyə edib.

Kitabə paytaxt Ulan-Batorda açılacaq Çingiz xan Muzeyində qoyulacaq. Bununla bağlı Monqolustan hökuməti ilə muzey arasında anlaşma sənədi imzalanıb. Monqolustan tərəfi qiymətli tarixi nümunəni hədiyyə etdiyi üçün Rusiya tərəfinə təşəkkürünü bildirib.

Çingiz xan daş kitabəsi 1224-1225-ci illərə aid edilən qranit lövhədir. Onun üzərində yazılıb: “Sartaul xalqını özünə tabe etdirən Çingiz xan bütün monqol ulusunun noyonlarını Buxa-Sucixay adlı yerdə toplayıb, Esuenxe yayı çəkərək 335 sajına ox atıb”.

Daş kitabə Cənubi Sibirdə taplıb və 1936-cı ildə Ermitaja göndərilib. 2017-ci ildə Rusiyanın Qiymətli Metalların Elmi Restavrasiyası Laboratoriyasında abidənin skanlaşdırılması və modelləşdirilməsi aparılıb.

CAVİD