Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasında olub.
Elmar Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks nazirə kitab hədiyyə edib.
Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verdiyini qeyd edib.
Nazir Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib. Elmar Məmmədyarov, həmçinin kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət Azərbaycan guşəsi ilə tanış olub.