Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evinin bədii özfəaliyyət kollektivlərinin hesabat konserti keçirilib.

Əvvəlcə tədbir iştirakçıları “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət evinin “Dostlar” ansamblı, “Şahinlər” rəqs kollektivi, Muğam üçlüyü, “Dostlar” aşıqlar qrupu və bədii qiraət dərnəyi üzlərinin ifaları təqdim olunub.

Tədbirin sonunda Sumqayıt şəhərinin 70 illiyi münasibətilə keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıq nümayiş etdirən bədii özfəaliyyət kollektivlərinin üzvlərinə N.Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanlar təqdim edilib.