Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi – EQAC” layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) məlumat xarakterli təlimlərə yekun vurulub.
Təlimlərdə başlıca məqsəd Turizm və qonaqpərvərlik fakültəsi üçün nəzərdə tutulan yeni kurrikulumun tərtibi ilə əlaqədar ATMU-nun müəllim və tələbə heyətlərini layihənin nəticəsində tətbiq ediləcək yeniliklərdən xəbərdar etmək, fikir mübadiləsi aparmaq idi.
Təlimlərdə EQAC layihəsi çərçivəsində, o cümlədən Böyük Britaniyanın Leyster Universitetinin təcrübəsinə nəzərən yeni yanaşmalar diqqətə çatdırılıb.