Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc mədəniyyət işçiləri ötən həftə Bakıda keçirilən “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin nəticələrini müzakirə ediblər.
Tədbirdə idarənin rəisi Vüqar Qədirov yaradıcı sənayenin regionlarda tətbiqindən, dərnəklərin fəaliyyətinin genişləndirilməsindən danışıb. Bildirib ki, əsas məqsəd gənclərin bu prosesə qoşulması, onların mədəniyyət müəssisələrində potensialını nümayiş etdirməsinə zəmin yaradılmasıdır.
Daha sonra mövzu üzrə çıxışlar olub, fikir mübadiləsi aparılıb.