Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Telman Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin 60 illik yubileyi qeyd olunub.
Regional idarənin rəisi, Əməkdar mədəniyyət işçisi Sənan Hacıyev çıxış edərək yubiley münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik edib, onlara musiqi təhsilində böyük uğurlar arzulayıb. O, mədəniyyətimizə, incəsənətimizə diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, bu sahədə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən işlərdən bəhs edib.
Yubiley münasibətilə hazırlanmış konsert proqramı iştirakçılara təqdim olunub.
Sonda məktəbin müəllimlərinə fəxri fərmanlar təqdim olunub.