Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə xalq mahnıları və muğam ifaçılığında özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndənin yaradıcılığı, o cümlədən bəstələdiyi təsniflər haqqında məlumat verilib.
Sonra «Xanəndə» sinfinin müəllim və şagirdlərinin ifaları dinlənilib. «Çahargah» təsnifi, «Burdan bir ceyran keçər», «Mənim Azərbaycanım», «Bir dənəsən», «Dəşti» təsnifi, «Bakı» və başqa təsnif və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.