Yaponiyanın “BT” jurnalı “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məqalə dərc edib.
“Sənət səhnəsi” adlı məqalənin müəllifi Vaseda Universiteti Elm, incəsənət və təhsil fakültəsinin professoru, filoloq alim Vakana Konodur.
Məqalədə Bakıda müasir incəsənətin hazırkı durumundan bəhs edilir, ötən il noyabrın 20-dən 25-dək dünyanın 17 ölkəsindən 40-dan çox rəssamın iştirakı ilə reallaşan “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesindən söz açılır, rəssamların işləri haqqında məlumat verilir.
Xatırladaq ki, Wakana Kono biennale çərçivəsində keçirilən “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər” adlı konfransın iştirakçısı olub.