Sumqayıtdakı Gənclər evində “Gənci-nihan mənəm” layihəsi çərçivəsində bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə Gənclər Fondunun, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil olunub.
Layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev müsabiqə barədə məlumat verib. Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov müsabiqə iştirakçılarına uğurlar arzulayıblar. Sonda qaliblərə hədiyyələr, iştirakçılara sertifikatlar təqdim edilib.