Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc könüllülərin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə könüllülərin cəmiyyətdə rolundan danışılıb. Gənc mədəniyyət könüllüləri ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də gənclərə xüsusi önəm verilir və bu sahədə çalışan gənclər buna nümunədir.