Prezident İlham Əliyevin yanvarın 17-də imzaladığı sərəncamla Cənnət Əlibəy qızı Səlimova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Xalq artisti, görkəmli teatr rejissoru Cənnət Səlimovanın yanvarın 20-də 80 yaşı tamam olub.