Fevralın 7-də Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişinin müəllifi Fuad Axundov ilə görüş keçiriləcək.
YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib ki, görüş muzeydə nümayişi davam edən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində təşkil olunacaq. Sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm əsərləri, ədəbiyyat nümunələri, arxiv xronikası nümayiş olunur.
Sərginin ekspozisiyasında tanınmış rəssamların, həmçinin Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn, Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Mənsur kimi ədiblərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.