Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda intellektual bilik yarışı keçirilib.

Bilik yarışında regional idarənin Mingəçevir şəhəri üzrə gənc mədəniyyət işçiləri kreativ qrupunun üzvləri, gənc mədəniyyət könüllülərindən ibarət “Qarabağ”, “Nida”, “Güvən” və “Zəka” komandaları iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir.

Bilik yarışının qalibi “Zəka” komandası olub.