Fevralın 3-də “Azerbaijan Best Awards” tədbiri çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi “Dastan” brendi məhsullarının sərgisini təqdim edəcək.

Sərgidə Azərbaycanın tarixini, zəngin mədəni irsini və dekorativ-tətbiqi sənət sahələrinin qədim prinsiplərini özündə əks etdirən beş növdə – keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq sahələrinə aid olan sənətkarlıq məhsulları nümayiş olunacaq.

“Dastan” brendinin ixtisaslaşmış dizayner və sənətkarları Ənənəvi İncəsənət Mərkəzində müxtəlif əl işi olan məhsullar hazırlayır və hər il bu məhsullar müxtəlif yerli və beynəlxalq sərgilərdə, ticarət yarmarkalarında təqdim edilir.