Bərdə rayon Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə “Gəl, ey səhər” adlı ədəbi-bədii gecə təşkil edilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərindən, yaradıcılığından söhbət açıb.
Bərdə şəhər 2 nömrəli Musiqi məktəbinin müəllim və şagirdləri bəstəkarın “Gəl, ey səhər”, “Şən Azərbaycan”, “Durnalar” və digər mahnılarını ifa ediblər. Sonda Polad Bülbüloğlunun çəkildiyi “Qorxma, mən səninləyəm!” filmi nümayiş etdirilib.