Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə ölkəmizdə elan olunan “Könüllülər ili” və 8 fevral – “Beynəlxalq nənələr və babalar günü” ilə əlaqədar Qızıl Aypara Cəmiyyəti (QAC) Sumqayıt şəhər bölməsində “Nənəm, babam, çox yaşa” adlı tədbir keçirilib.
Tədbirdə QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllar iştirak ediblər. Bölmənin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova, yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli, kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova və multimedia mütəxəssisi Zibeydə Məmmədova çıxış edərək əlamətdar gün münasibətilə ahıllara xoş arzularını bildiriblər.
Uşaq şöbəsinin balaca oxucuları ahılları maraqlı şeirləri ilə sevindiriblər. Tədbirin sonunda isə şöbənin hazırladığı ərzaq sovqatları balaca könüllülər tərəfindən ahıllara paylanılıb.