Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 8, 12, 16 və 38 saylı məktəblərin 7-8-ci sinif şagirdləri arasında “Azərbaycan incəsənəti: öyrənərək öyrədək” adlı viktorina keçirilib.
Kitabxananın əməkdaşı Leyla Mahmudova bildirib ki, yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların milli-mənəvi sərvətlərimiz və incəsənətimiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Müsabiqə bədii ədəbiyyat, kino, rəqs, musiqi, rəsm əsərləri, bəstəkarlar və rəssamlar, memarlıq və abidələr mövzuları üzrə təşkil edilib. Dörd mərhələdən ibarət yarışın qalibi 8 nömrəli məktəbi təmsil edən “Buta” komandası olub. Qalib komandanın üzvləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və kuboku ilə təltif edilib.