Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Gunella və səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri xanım Korina Lemann Azərbaycan Dövlət Tərcümə Mərkəzində olublar.
Görüşdə iki ölkə arasında ədəbi əlaqələr istiqamətində ərsəyə gətirilmiş nəşrlərdən söz açılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Tərcümə Mərkəzi və Argentina səfirliyinin birgə layihəsi olan “Tanqo rəqsi – azadlıq yanğısı” kitabı qonaqlara hədiyyə edilib.