Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin tanınmış şair-tərcüməçi Səlim Babullaoğlunun yaradıcılığından bəhs edən “Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub.
Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində mövzuya maraqlı filoloji baxış olan kitabda Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.