2019-cu ildə Bakı şəhəri UNESCO-nun qərarı ilə təşkilatın “Yaradıcı şəhərlər şəbəkəsi”nə (“Dizayn” tematikası üzrə) daxil edilib. Bu əsasda “Azerbaijan Design Award” müsabiqəsi çərçivəsində “Baku Design City” xüsusi loqosunun hazırlanması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı müsabiqəsi elan edib.
Müsabiqənin qalibi “Apple Macbook Air 2019” noutbuku qazanacaq. Mükafat qalibə “Azerbaijan Design Award” müsabiqəsinin yekun tədbirində təqdim olunacaq.
Ölkənin bütün dizaynerləri bu müsabiqədə iştirak etməyə dəvət olunur.
Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbulu 10 fevral – 20 fevral tarixləri arasında aparılır.
İştirak şərtləri:
İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır.
Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər.
Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır.
Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır.
Təqdim olunan layihənin izahedici mətni olmalıdır.
Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
Qeydiyyat linki: azerbaijandesignaward.com/register
UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” haqqında məlumat: https://en.unesco.org/creative-cities/home