İordaniyanın ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Mərkəzin rəhbəri, Xalq yazıçısı Afaq Məsudun diplomatla görüşündə ədəbi əlaqələr üzrə nəzərdə tutulan layihələr – Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması və yayımı barədə söhbət aparılıb. Söhbət zamanı ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – Nizami Cəfərov), “Azərbaycan-ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanası və digər aparıcı kitabxanalarına yerləşdirilməsi kimi məsələlərə toxunulub.
Görüşün sonunda səfirə mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edilib.