Minskdə Belarus İnformasiya Nazirliyinin, Belarus Yazıçılar İttifaqının, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun təşkilatçılığı ilə “Yazıçı və zaman: ədəbiyyat mədəniyyətlər dialoqunun tərkib hissəsi kimi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Simpozium 27-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkil edilib. Xatırladaq ki, sərgi-yarmarkada Mədəniyyət Nazirliyi, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları, Respublika Gözdən Əlillər Kitabxanası iştirak edib.
Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva “Yazıçı, kitab, zaman” adlı dəyirmi masada çıxış edib. F.Naciyeva simpoziumda Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib.