F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirilib.
Öncə qonaqlara kitabxananın fəaliyyəti ilə bağlı məlumat verilib. Tədbir iştirakçıları kitabişləmə qaydası, kitabların oxuculara verilməsi işi ilə bağlı informasiya əldə edib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında bildirib ki, kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır. Bu xidmət növündən bütün oxucular istifadə edirlər. Kitabxananın informasiya-resurs mərkəzinə çevrilməsində kitabxanaçıların peşəkarlığı əsas məsələdir. “Ümid edirik ki, “Rus dilinin dərindən öyrənilməsi” pilot layihəsi çərçivəsində görəcəyimiz işlər və elmi metodika şöbəsinin hazırlayacağı materiallar da bu məqsədə xidmət edəcək”, - deyə o əlavə edib.