Zərdab rayon Mərkəzi Kitabxanasında 2016-cı ilin Aprel döyüşlərində həlak olan Nurlan Abdullazadənin doğum günü ilə əlaqədar “Vətən sənə oğul dedi” adlı tədbir keçirilib.
Kitabxananın əməkdaşı Gülüstan Rəhimova Nurlan Abdullazadənin həyat yolu haqqında məlumat verib.
Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva çıxışında bildirib ki, Nurlan Abdullazadələr ailəsinin iki övladından biri olub. Onun arzusu Milli Qəhrəman Mübariz İbrahimov kimi igidlik göstərmək idi. Bu arzusunu əməli ilə gerçəkləşdirib. Vətən torpağı uğrunda döyüşüb və qəhrəmancasına şəhid olub.
Kitabişləmə və kompletləşdirmə şöbəsinin müdiri Nisə Əliyeva qeyd edib ki, illər keçdikcə çox şey unudulur. Şəhidlərimizin xatirəsi isə qəlblərdə əbədi yaşayır. Nurlan tək bizim deyil, bütün Azərbaycan xalqının şəhid övladlarından biridir.
Tədbirdən sonra Nurlan Abdullazadənin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.