Bəşəri cinayət kim tarixə yazılmış, xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən 28 il ötür. Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən “Xocalısız illər” adlı ədəbi-bədii kompozisiya soyqırımının ildönümünə həsr olunmuşdu.
Masallı Xalq teatrı aktyorlarının rayonun Dəmirçi kənd ümumi orta məktəbinin şagirdləri ilə birgə hazırladığı tədbirdə təhsil və mədəniyyət işçiləri, məktəblilər, kollec tələbələri iştirak edirdi.
Mədəniyyət mərkəzinin direktoru Vəkil İsmayılov, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, ehtiyatda olan zabit Ədalət Hüseynov öz çıxışlarında xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən danışdılar. Sonra “Xocalısız illər” tamaşa-kompozisiyası nümayiş olundu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü