28 il əvvəl bu gün Xocalıya zülmət qaranlıq çökdü. O qaranlıqda göy üzündə uçuşan güllələrin işığından başqa heç nə görünmürdü. O qış gecəsi göydən qar deyil, qan yağırdı...

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi kitabxanasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş “İllərin sağalda bilmədiyi yara” adlı dəyirmi masa təşkil edildi.

Əvvəlcə Xocalıda erməni işğalçıları tərəfindən amansızcasına qətlə yetirilən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonra faciə haqqında söz açıldı. Kitabxananın əməkdaşları Xatirə Soltanova “Şəhid şəhər Xocalının nağılı”, Məhinə Şirəliyeva “Xocalıdan olan naməlum qız”, Kəmalə Məmmədova “Xocalı şahidlərinin dili ilə”, Aynurə Ağayeva “Xocalı faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir” adlı məruzələrlə çıxış etdilər.

Tədbirə MKS-nin direktoru İradə Mahmudova yekun vurdu.

Sonda iştirakçılar Xocalı faciəsi ilə bağlı kitab və uşaqların əl işlərindən ibarət sərgilərlə tanış oldular.

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı