Hər il Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) milli seksiyası 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününün sponsoru olmaq imkanı qazanır.
Sloveniya builki Beynəlxalq Uşaq Kitabı Gününün sponsorudur. Sloveniya yazıçısı Peter Svetina “Söz aclığı” sərlövhəli yazısı ilə uşaqlara müraciət edib. Müraciətdə bir məktəbli oğlanın görmə problemi ilə bağlı bir müddət mütaliəni dayandırması, müalicədən sonra kitabı acgözlüklə oxumasından bəhs olunur, mütaliənin uşaqların dünyagörüşünə təsiri, bədii əsərlərin insan üçün mənəvi qida olduğu bildirilir.
Beynəlxalq Uşaq Kitabı Gününün builki plakatını Sloveniya rəssamı, illüstrator Damian Stepançiç hazırlayıb.