Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Novruz təranələri” adlı baxış-müsabiqə keçirilir. Müsabiqədə rayonda fəaliyyət göstərən bədii özfəaliyyət və folklor kollektivləri, yeniyetmə və gənc ifaçılar iştirak edirlər.

1978-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən müsabiqə yeniyetmə və gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Kollektivlərin çıxışları peşəkar mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Baxış-müsabiqə martın 12-dək davam edəcək, fərqlənənlər mükafatlandırılacaq.