Prezident İlham Əliyev martın 9-da Xalq artisti, ustad xanəndə Canəli Xanəli oğlu Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, martın 10-da Xalq artisti Canəli Əkbərovun 80 yaşı tamam olub.