Qazaxıstanın Çimkənd (Şımkend) şəhərində martın 20-də keçirilməsi nəzərdə tutulan “MDB mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi ləğv edilib.
Qazaxıstan Mədəniyyət və İdman naziri Aktota Raimkulova tədbirin koronavirusun yayılması, təhlükəsizliyin qorunması səbəbindən ləvğ edildiyini deyib. Nazir bildirib ki, vəziyyət stabilləşdikdən sonra tədbirin keçirilməsi haqda məlumat veriləcək.
Qeyd edək ki, “mədəniyyət ili” çərçivəsində ümumilikdə 40-a yaxın tədbir, incəsənət xadimlərinin konsertləri, “Böyük İpək Yolu” sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılmışdı.