Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başlatdıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

Gənclər Fondundan bildiriblər ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən layihə vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradır.

Layihə çərçivəsində növbəti səyahətin ünvanı  Azərbaycan İstiqlal Muzeyidir. Muzeyin kolleksiyasında nadir sənədlər, fotolar, şəxsi kolleksiyalar, numizmatika nümunələri saxlanılır. Muzey təkcə istiqlal tarixini əks etdirən nümunələrin saxlanc yeri kimi çıxış etmir, həm də tariximizi hərtərəfli araşdırır və təqdim edir.

Azərbaycan İstiqlal Muzeyinə virtual səyahəti “Facebook” və “Youtube” şəbəkələrində müvafiq keçidlər vasitəsilə izləmək olar.

https://www.facebook.com/youthfundaz/videos/531688567539748/

https://youtu.be/ZbzSjpqGSu8