Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Sənətinlə dəstəklə” (#senetinledestekle) çağırışına ölkəmizdən kənarda yaşayan sənətçilər həvəslə qoşulurlar.
Aprelin 15-də Türkiyədə yaşayan beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev və istedadlı vokalçı İsmayıl Zeynalov “İnstagram” sosial şəbəkəsi üzərindən yayımlanan layihədə çıxış etmişdilər.
ABŞ-ın Kaliforniya ştatında yaşayan və Azərbaycan musiqisini tanıdan, musiqi alətlərimizi əcnəbilərə sevdirərək musiqilərimizi ifa etməyi onlara öyrədən məşhur kamança ifaçısı İmamyar Həsənov aprelin 17-də #senetinledestekle layihəsinə evindən qoşularaq izləyiciləri salamlayacaq.
Kamançanın həzin səsi, musiqi təranələri və ABŞ-da milli musiqimizə maraq üzərində qurulan söhbətdə iştirak etmək, suallar vermək, istəkləri ifadə etmək istəyən izləyicilər baş idarənin – @bakimedeniyyetidaresi və sənətkarın @imamyarhasanov “İnstagram” hesablarından yayıma qatıla bilərlər.