Prezident İlham Əliyev aprelin 30-da Xalq rəssamı, heykəltəraş Akif İzzətulla oğlu Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Akif Əsgərov Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.
Prezidentin digər sərəncamı ilə Xalq artisti, müğənni, bəstəkar Niyaməddin Cabbar oğlu Musayev Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, mayın 1-də Xalq rəssamı Akif Əsgərov və Xalq artisti Niyaməddin Musayevin 80 yaşı tamam olur. Hər iki sənətkarı yubiley və təltif münasibətilə təbrik edirik.