Masallı rayonunda kiçikdən böyüyə hamı Cənnət Teymurovu el ağsaqqalı kimi tanıyır, hörmətini hər yerdə uca tuturlar. Ömrünün 98-ci ilini tamamlayan bu insanın keçdiyi həyat yolu nəsillər üçün örnəkdir. C.Teymurov İkinci Dünya müharibəsinin iştirakçısı olub. Nəcib əməlləri ilə gənclərdə vətənə məhəbbət hissləri tərbiyə edir.
9 May – faşizm üzərində Qələbə Günü ərəfəsində Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları müharibə veteranına ərzaq məhsullardan sovqat aparıb, qayğıları ilə maraqlanıblar. Bu diqqətə görə minnətdarlığını bildirən Cənnət Teymurov Azərbaycan xalqına tezliklə koranovirus bəlasından xilas olub xoşbəxt həyatını davam etməyi arzulayıb.
Zəfər ORUCOĞLU