Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “AzerGold” QSC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab sovqatı” aksiyası keçirib.
Aksiya çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu və Şadax kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib.
Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.