Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət/Culture” jurnalının növbəti sayı çapdan çıxıb. Nəşrin “Nisgilimiz Qarabağ”, “Həmkarlarımız”, “Gündəm”, “Mədəni irs” və s. rubrika və bölmələrində  maraqlı yazılar təqdim edilir.

“Ədəbiyyat” bölümündə ölkə başçısının sərəncamı ilə 150 illiyi qeyd olunan böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına nəzər salınb, “Musiqi” bölümündə Vaqif Mustafazadə yad edilib, istedadlı dirijor Fuad İbrahimovun sənət və Şuşa xatirələrindən söz açılıb. ”Teatr”da bu yaxınlarda dünyasını dəyişmiş görkəmli aktyor Rafiq Əliyev xatırlanır, korifeylərin “Portret”i silsiləsində bəstəkar Əşrəf Abbasovun 100 illiyi diqqətə çatdırılır.

Jurnalın yeni sayında da ənənəvi olaraq tanınmış alimlərin və elm yoluna yeni qədəm qoyan gənclərin tədqiqat yazılarına yer verilib.