Onlayn kulinariya müsabiqəsində Azərbaycan təmsilçiləri də yarışır

İtaliyada onlayn formada keçirilən kulinariya müsabiqəsinə Azərbaycan təmsilçiləri də qatılıb.

“İtalia a Tavola” (“İtaliya masa arxasında”) kulinariya saytının keçirdiyi “Vegetarian Challenge” (“Vegetarian çağırışı”) müsabiqəsi bu ilin sonunadək davam edəcək. Hər ay bir neçə qalibin olduğu müsabiqə iştirakçıları yeməklərini sosial şəbəkələr üzərindən təqdim edirlər. Ən çox səs toplamış yemək qalib seçilir.

Yalnız vegetarian yeməklərin iştirak etdiyi müsabiqədə bu ay Azərbaycanı iki aşpaz təmsil edir. Xanım Əliyeva narşərablı tərəvəz salatı və Seymur Rəcəbov kartoflu gürzə ilə iddiaçılar arasındadır.