Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatdan sonra düşmənə təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də layiqli cavab verilir. Ermənilərin təxribatı dünyanın bir çox xəbər agentliklərinin əsas mövzularından birinə çevrilib, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ərəbdilli xəbər agentliklərinə məxsus sosial şəbəkələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yanlış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışıblar. Lakin Azərbaycan tərəfindən sosial şəbəkələrdə təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab verərək ölkəmizin haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşıblar. Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları sosial şəbəkələrdə ərəb izləyicilər tərəfindən də rəğbətlə qarşılanıb.