Zərdab rayonunda rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə tədbir keçirilib. İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva, Zərdabi nəslinin nümayəndəsi, iqtisadçı alim Nüsrət Məlikov, bir qrup ziyalı əvvəlcə Həsən bəy Zərdabinin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyi ilə tanış olublar. Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb. Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatın uzun və şərəfli yol keçdiyini vurğulanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva mətbuat nümayəndələrini əlamətdar gün münasibətilə təbrik ediblər.