Azərbaycan Mətbuat Şurasının “Ali Media Mükafatı”nın 2020-ci il üçün laureatlarının adları açıqlanıb. Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsidir.

Şuranın İdarə Heyəti 2020-ci ildə mükafatın təqdimatında xüsusi meyar seçib. Bu dəfə əsas kimi Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda təbliği götürülüb. Məhz bu kateqoriyadan olan şəxslərin əməyinin qiymətləndirilməsi, onların fəaliyyətinə dəyər verilməsi qərara alınıb.

Bu baxımdan 6 laureat müəyyənləşdirilib:

Aleksandras Brokas (litvalı rejissor-jurnalist, Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” sənədli filminin rejissoru və prodüseri).

Saqayev Ruslan Şamsutdinoviç (“Moskva-Baku” informasiya portalının baş redaktoru).

Usanova Anna Sergeyevna (“Moskva-Baku” portalının baş redaktor müavini).

Strokan Sergey Vladlenoviç (“Moskva-Baku” portalının siyasi şərhçisi).

Şuxrat Salamov-Barlas (EDNEWS analitik informasiya portalının Orta Asiya nümayəndəsi). Erməni daşnaklarının Orta Asiyadan Qarabağa kimi törətdikləri qırğınlar, vandalizm aktlarına dair jurnalist araşdırmalarının və kitabların müəllifi.

Malik Ayub Sumbal (Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) əməkdaşı). İndiyədək Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çap edilməsində xidmətlərinə görə fəaliyyətdə olduğu ölkələrdə bir sıra mükafatlara layiq görülüb.

“Ali Media Mükfatı”nın təqdimetmə mərasiminin bu ilin payızında təşkili nəzərdə tutulur.