İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən Müharibəsi Muzeyi tərəfindən “Açıq mədəniyyət-təhsil forumu – “Qələbə” mövzusunda beynəlxalq vebinar keçirilib.

Vebinarda Rusiya, Belarus və digər ölkələrin muzeyləri ilə yanaşı, Azərbaycan İstiqlal Muzeyi də təmsil olunub.

İstiqlal Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli və muzeyin baş mühafizi Aida Axundova onlayn tədbirdə iştirak ediblər.

Vebinarda II Dünya müharibəsinə həsr edilmiş ekspozisiyalar ətrafında elmi müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Moskvadakı Böyük Vətən Müharibəsi Muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Memorandum çərçivəsində II Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.