Beynəlxalq Muzeylər Şurasının (İCOM) hərb tarixi və silah kolleksiyaları üzrə ixtisaslaşmış komitəsi olan İCOMAM-ın 2023-cü ildə konfransı Azərbaycanda keçiriləcək.

Bu qərar “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini, İCOMAM-ın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun təqdimatı əsasında qəbul olunub.

İCOMAM-ın 2019-cu il 1-7 sentyabr tarixinə Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının 25-ci Baş Konfransı çərçivəsində keçirilən iclasında Pərvin Gözəlov qurumun İdarə Heyətinin üzvü seçilib.

İCOMAM konfransının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin mədəni həyatında əlamətdar hadisə olacaq.

Beynəlxalq Muzeylər Şurası 1946-cı ildə yaradılıb və bu gün 138 ölkənin mütəxəssislərini birləşdirir. Şuranın tərkibində 118 Milli komitə və 32 Beynəlxalq komitə fəaliyyət göstərir.