F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Günəşdən gələn pay” adlı layihə davam edir. Layihənin növbəti mövzusu uşaqların sevimli yazarı Gülzar İbrahimovanın yaradıcılığına həsr edilib.

Layihənin əsas məqsədi uşaq və yeniyetmələrin mütaliəyə marağını artırmaq, onları şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsilə yaxından tanış etməkdir.

Mövzu çərçivəsində yazıçının yaradıcılığı haqqında məlumat verilib, kitablarının sərgisi təqdim edilib. Qeyd olunub ki, Gülzar İbrahimova 60-dan çox kitabın müəllifidir. Eləcə də oxuculara G.İbrahimovanın ürək sözləri və kitablarının necə yaranması barədə fikirlərinin yer aldığı videoçarxlar təqdim edilib.

Qeyd edək ki, oxucular yazıçının kitabxananın saytında (clb.az) yerləşdirilmiş müvafiq link vasitəsilə kitablarını mütaliə edə və səsli nağıllarını dinləyə bilərlər.