Oktyabrın 6-da saat 12:00-da Bakıdakı Xətai Sənət Mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə, sanitar-epidemioloji qaydalara əməl edilməklə keçiriləcək.

Tədbirə giriş qeydiyyatladır. İştirak etmək üçün Xətai Sənət Mərkəzinin saytına (www.xsm.az) daxil olmaqla tədbirlər bölümündə müvafiq linkində qeydiyyatdan keçmək lazımdır.

İştirakçılar Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etməklə yanaşı, rəssamın bir əsərinə sahib olmaq üçün şans bileti də qazana bilərlər.

Sərgi 3 gün davam edəcək.